
作词 : Şamil Məmmədov
作曲 : Şamil Məmmədov
Mən gözləməzdim bu sevgini
İldırım kimi birdən çaxdı
Edə bilməzdim xəyal belə
Sevə bilərəm mən yenidən
Amma oldu
Qəlbim eşqə büründü
Səni görüb durularam
Qayğıları unuduram
Bircə gülüşün aparar qüssə-kədəri
Səni durmadan düşünüb
Neçə xəyala dalaram
Bircə baxışın aparar qəmi-kədəri
Rişxənd edərdim sevənlərə
“Qibtə edirsən”,-deyərdilər
Bir gün sənin də daş ürəyin
Saf məhəbbətlə döyünəcək
Necə doğru
Qəlbim eşqə büründü
Səni görüb durularam
Qayğıları unuduram
Bircə gülüşün aparar qüssə-kədəri
Səni durmadan düşünüb
Neçə xəyala dalaram
Bircə baxışın aparar qəmi-kədəri
Bütün dünyanı
Gəzib-dolanıb
Tək səni axtarırdım
Sevgini dadıb
Hər şeyi danıb
Sənə əbədi qovuşdum
Səni görüb durularam
Qayğıları unuduram
Bircə gülüşün aparar qüssə-kədəri
Səni durmadan düşünüb
Neçə xəyala dalaram
Bircə gülüşün aparar qəmi-kədəri
Bircə baxışın aparar qüssə-kədəri
Bircə gülüşün aparar qəmi-kədəri