作词 : Məhəmməd İSgəndərov
作曲 : Məhəmməd İSgəndərov
Göz yaşları aşiqlərə dərman
Qəmə boğulub, udqunub içirsən
Eşq qərar verir, ömrə fərman
O deyir qəlbinə: “Kimsən, nəçisən”?
Soruşanda: “Kim var həyatında?”
Deyirsən heç kim, heç kimə gedirsən
Əvvəl üstünü tapdala eşqin
Kirlət keçmişi, keç, kimə gedirsən
Bu, yağışlı bir hava deyil ki axı
Bəhanəm olsun, deyim: “İslanma”
Bu, ürəkdən deyilir, sanma
Getməyinə get, amma çalış ki, yanma
Sənin əksinə demirəm heç nə
Vur qapını və çıx get, utanma
Bir də bu qapının önündən keçmə
Gəl indi oturub bu dərdə içmə
Yağ yağıştək, ağla
Bunu zaman göstərər, kim səhv, kim düz, ağla
Kövrəl içdən sən buna, hər gecə-gündüz ağla
Get tək qalaraq bir az həsrətə bürünüb, ağla
Köhnə dəftəri bağla, kədəri qucaqla, ağla
Əgər olmasa həyatın ürəyincə, oturub ağla
Məni görsən yuxunda, çiynimə yaslanıb ağla
Bax geri dönməyəcək, bir ömrə səslənib ağla
Peşman ol, yenə ağla, yalvar Allaha, ağla
Səbəbin yox getməyə, amma sən
Hər şeyi silərək tək kimi gedirsən
Məni incidən getməyin deyil
Keçmişi qaytar, get, kimə gedirsən