作词 : Anonim Anonim
作曲 : Bəxtiyar Kərimov
Üzə gülür bu yerlərin torpağı,
Sıra dağların bir birindən qocadır.
Göz oxşayır hər çiçəyi, yarpağı,
İnsanları dağlarından ucadır.
Nəqərat:
Üsyanlara sinə gəlmiş
Səndəki o qədim qala,
Görən sənə aşiq olur
Çənlibelli Zaqatala,
Qızılgüllü Zaqatala.
Gülər üzlə qarşılayır qonağı,
Əzizləyib sinəsində bəsləyir.
Mahnılarla pıçıldayır dodağı,
Övladları xoş günlərə səsləyir.