作词 : Mədinə Gülgün
作曲 : Ələkbər Tağıyev/Mədinə Gülgün
Deyirdin, baharda görüşərik biz,
Bahar gəldi, getdi, sən gəlməz oldun.
Daşlaramı dəydi, sındı əhdimiz?
Aylar gəldi, getdi, sən gəlməz oldun.
Sən gəlməz oldun, sən gəlməz oldun
Sən gəlməz oldun, yarım.
Gözləyirəm mən, sən gəlməz oldun,
Sən gəlməz oldun.
Deyirdin, qapına qonaram quştək,
Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun.
Yaşamaq eşqiylə vəcdə gələrək,
Quşlar yuva qurdu, sən gəlməz oldun.